"DəmirBank" dan UNİKAL İŞ İMKANI! | Banco.az

"DəmirBank" dan UNİKAL İŞ İMKANI!

DəmirBank ASC Problemli Kreditlərlə İş Departamentinin Məhkəmə və Dövlət Qeydiyyat Orqanları ilə İş şöbəsinə Hüquqşünas vəzifəsinə işəqəbul elan edir. 

İşin təsviri:

  • Bankın rəhbərliyinin tapşırığına əsasən Bankın mənafeyini dövlət orqanları və idarələrində qoruyur və müdafiə edir;
  • Kredit siyasəti hazırlanarkən problemli kreditlərin yaranma ehtimallarının qarşısının alınması, borcların ləğv olunması üsul və yollarının tam əks olunması üzrə departament direktoruna təkliflər verir;
  • Problemli kreditlər üzrə məhkəmələrə iddialar hazırlayır, Banka qarşı qaldırılmış iddialara etirazlar hazırlayır və qanuna müvafiq olaraq məhkəmələrdə Bankı təmsil edir;
  • Məhkəmə qərarlarının vaxtında icraya yönəldilməsinə və onların qanunvericiliyə müvafiq icra edilməsinə nəzarət edir, bununla bağlı məhkəmə icraçıları ilə daim əlaqə saxlayır, borcların qaytarılması üçün tədbirlər görür;
  • Problemli kreditlərin məhkəmədən kənar həlli üzrə müvafiq tədbirlər görür, problemli kredit müştəriləri ilə əlaqə saxlayır, borcların danışıqlar yolu ilə qaytarılmasına çalışır;
  • Problemli kreditlər üzrə girov əmlakının satılması və ya digər yollarla ləğv edilməsi barədə təkliflər hazırlayır və şöbə müdirinə, departament direktoruna təqdim edir;
  • Hər bir problemli kredit üzrə xüsusi qovluq açır və bütün sənədləri  həmin qovluqda saxlayır;
  • Filial rəhbərləri və filialın kreditlər üzrə işləyən əməkdaşları ilə əlaqə saxlayır, lazım gəldikdə müvafiq sənədlərin, məlumatların təqdim edilməsini tələb edir;
  • Kreditləri qaytarmaqdan boyun qaçıran fiziki və hüquqi şəxslərin yerlərini, onların müəssisələrinə məxsus olan və ya şəxsi əmlaklarını, habelə hüquqi şəxslərin rəhbərlərinin, təsisçilərinin şəxsi əmlaklarını qanunvericilik hüdudlarında aşkar edilməsi üzərində işləyir;
  • Kreditlərin  qanunvericiliyə müvafiq qaydada qaytarılması sahəsində, o cümlədən məhkəmələrə iddialar, etirazlar, şikayətlər verilməsi barədə  təkliflər hazırlayır;
  • Aşkara çıxarılan bütün nöqsanlar haqqında departament direktoruna məlumat verir.

Namizədə qarşı tələblər:

Ən sərfəli kredit üçün müraciət et

  • Ali hüquqi təhsil;
  • Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməli;
  • Müvafiq sahədə iş təcrübəsi 3 ildən artıq olmalı;
  • İcra haqqında qanunu bilməli;
  • Stres altında işləməyi bacarmalı;
  • Məhkəmə icraçıları ilə işləmə bacarığı olmalı;
  • Analitik təhlil qabiliyyətinə malik olmalı;
  • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Hüquqşünas) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.