28 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.
“DəmirBank” ASC Daxili Təhlükəsizlik Xidmətinə dispetçer vəzifəsinə işəqəbul elan edir.
Vəzifə öhdəlikləri:
• Bankın avtomobillərinin giriş-çıxışına nəzarətin edilməsi;
• Müəyyən olunmuş qrafik üzrə buraxılış rejiminə nəzarət edilməsi;
• Avtomobillərin vaxtında qayıtmasına nəzarət edilməsi, avtomobillərin vaxtında qayıtmadığı bütün hallar haqqında adiyyat struktur bölməsinə məlumat verilməsi;
• Kamera vasitəsilə mühafizə rejiminə əsasən və mövcud qrafikə uyğun olaraq monitorinqlər aparılması və bu barədə birbaşa rəhbərinə məlumatların təqdim edilməsi.
Namizədə qarşı tələblər:
• Orta ixtisas təhsili;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
• Mühafizə xidmətinin təşkili sahəsində bacarıqlar;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 noyabr 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Daxili Təhlükəsizlik Xidmətinə - Dipetçer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.