DəmirBank ailəsinə qoşulmaq şansı! | Banco.az

DəmirBank ailəsinə qoşulmaq şansı!

DəmirBank ASC Strateji İnkişaf Departamentində Maliyyə Planlaşdırması şöbəsinə mütəxəssis vakansiyası elan edir.

İşin təsviri:

Yerli və qlobal maliyyə bazarlarının təhlilinin aparılması;

Bank sektorunun izlənilməsi və inkişaf tendensiyalarının təhlilinin aparılması;

Maliyyə modellərinin qurulması və təhlillərin aparılması;

Strateji və taktiki planın hazırlanmasında iştirak edilməsi;

Məlumat bazası ilə operativ işləmə bacarığı, statisik məlumatların toplanması və təhlilinin aparılması;

Hədəflərin yerinə yetilməsi barədə hesabatın hazırlanması.

Namizədə qarşı tələblər:

Ali təhsil (maliyyə, bank işi və ya biznes sahəsi);

Komandada işləmək bacarığınının olması;

Analitik və yaradıcı düşüncə tərzinin olması;

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən sahədə iş təcrübəsi üstünlük hesab olunur;

İngilis və Rus dillərində yüksək səviyyədə biliyin olması;

Statistik/Ekonometrik biliklərin olması;

Maliyyə hesabatlarının təhlili üzrə biliklərinin olması;

Microsoft Office biliklərinin olması (xüsusi ilə Excel).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 yanvar 2014-cü il tarixinədə[email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə Planlaşdırması şöbəsinə mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə müraciət məktublarının mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et