Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2 979,1 min sərnişin daşınıb.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 16,1% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında bu nəqliyyat növü ilə 2 565,7 min sərnişin daşınmışdı.
Qeyd edək ki, dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin ilk 4 ayında 5,7 milyon ton yük daşınıb. 2024-cü ilin yanvar-aprel ayı ilə müqayisədə yük daşınmasında 4,3 faiz azalma müşahidə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!