Dəmir filizinin qiyməti bahalaşıb | Banco.az

Dəmir filizinin qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dəmir filizinin qiyməti bahalaşıb.

Banco.az xəbər verir ki, Çində dəmir filizinin fyuçers qiyməti ölkədə çətin dövrdən keçən tikinti sektorunu dirçəltmək üçün atılan addımların koronavirusa yoluxma sayındakı artım tempini kölgəsə qoyması səbəbindən ardıcıl üç günlük ucuzlaşmadan sonra bahalaşıb.

Dalian əmtəə birjasında ən çox satılan dəmir filizinin yanvar fyuçersləri 1,8 faiz dəyər qazanmaqla bir tonu 735,5 yuana (102,98 dollar) çatıb.

Sinqapur əmtəə birjasında satılan dekabr fyuçersli dəmir filizi isə 0,8 faiz bahalaşaraq bir tonu 96,10 dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et