İyulun 19-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınar əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
Bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verilir.
Məlumata görə, söhbət 10-AH-773 dövlət qeydiyyat nişanlı, “BMW 760 LI” markalı avtomobildən gedir. İlkin qiyməti 50 min manat olan əmlaka 4-cü dəfə - 30 % endirimlə hərraca çıxarıldığından ona 35 min manat qiymət qoyulub.
report
Bizi sosial şəbəkələrdən izləyin!!