Dekabrda ölkədə ən çox istifadə edilən sosial şəbəkələr məlum olub | Banco.az

Dekabrda ölkədə ən çox istifadə edilən sosial şəbəkələr məlum olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-ci ilin dekabr ayında Azərbaycanın ən çox istifadə edilən sosial şəbəkə 47,09 faiz payla "Instagram" olub. 

Banco.az xəbər verir ki, bu barədə "Global Stats" statistika mərkəzinin məlumatında qeyd edilib. 

İkinci yerdə 16,91 faiz göstərici ilə "Pinterest", üçüncü yerdə isə 16,03 faiz göstərici ilə "Facebook" qərarlaşıb.

"Youtube" istifadəçilərinin fəallığı ötən ay 9,97 faizə bərabər olub.

"X"ın payı 6,6 faiz, "Reddit" 1,6 faiz, “LinkedIn” sosial şəbəkəsinin payı isə 1,05 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram