Dekabrda Azərbaycanın qızıl ixracından gəlirləri azalıb | Banco.az

Dekabrda Azərbaycanın qızıl ixracından gəlirləri azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycan 162.8 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 22.4 milyon dollar və ya 12.1% azdır.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumatda qeyd edilib. 

Bildirilib ki, 2022-ci ilin eyni dövründə qızıl ixracının ümumi dəyəri 185.2 milyon dollara bərabər olub. 

Təkcə dekabr ayında qızıl ixracının dəyəri isə 19.5 milyon dollar olub ki, bu da illik müqayisədə 33% azdır. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et