Daxili və Xarici Maliyyə bazarında baş verənlər
Yerli Bazar:
Ötən həftə AR Maliyyə Nazirliyinin 2 illik istiqrazlarının hərracı ötən aydakı hərraca nəzərən 0.15% artaraq 5.49% orta ölçülmüş gəlirliliklə nəticələndi. Hərracda tələb təklifi 7 dəfədən çox üstələmiş, yerləşdirilmiş məbləğ 15 milyon AZN omuşdur. Bu həftə AR Maliyyə Nazirliyinin 30 milyon AZN həcmində 3 illik istiqrazlarının hərracı keçiriləcəkdir. 11 oktyabr tarixində keçirilən 3 illik istiqraz hərracı 7.41% orta ölçülmüş gəlirliliklə nəticələnmişdi.
19-20 oktyabr tarixlərində hər biri 30 milyon AZN olmaqla AR Mərkəzi Bankının 28, 84, 168, 252 günlük notlarının hərracı keçirilmişdir. Notlarda gəlirlilik 0.21% - 0.33% azalaraq 3.50% - 4.69% aralığımda olmuşdur.
21 oktyabr tarixində beynəlxalq reytinq agentliyi olan Fitch Ratings Azərbaycanın beynəlxalq reytinq proqnozunu "sabit"dən "pozitiv"ə dəyişib. Beynəlxalq kredit reytinqi agentliyi Azərbaycan Respublikasının uzunmüddətli yerli və xarici valyutada reytinqini "BB+"da təsdiq edib. Agentlik bildirir ki, Azərbaycanda depozitlərin dollarlaşma səviyyəsi son vaxtlar xeyli azalıb. Belə ki, iki il əvvəl – 2020-ci ilin 2-ci rübünün sonuna dollarlaşma səviyyəsi 60,4% olduğu halda, 2022-ci ilin avqustun sonuna bu göstərici 49,3%-ə düşüb. Amma bu göstərici Azərbaycanın daxil olduğu ölkələr qrupundakı median göstəricisindən – yəni 16,5%-dən xeyli yüksəkdir.
28 oktyabr tarixində AR Mərkəzi Bankının faiz dəhlizinin parametrləri ilə bağlı iclası keçiriləcəkdir.
Xarici Bazarlar:
Ötən həftə Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 150 faiz bəndi azaldaraq 12%-dən 10.5%-ə endirib.