Daxili maliyyə bazarında nələr baş verib? | Banco.az

Daxili maliyyə bazarında nələr baş verib?

Daxili maliyyə bazarı və baş verənlər

- Ötən həftə AR Mərkəzi Bankı faiz dərəcəsi qərarını açıqlamışdır. Qərara əsasən, uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanmışdır.

- 2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınmışdır. Proqnozlara görə cari ilin sonuna cari hesablar balasında iri həcmli profisit olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir.

- 2022-ci ilin yanvar-may aylarında ümumi daxili məhsul real ifadədə 7.2%, o cümlədən qeyri-neft sektoru üzrə 11% artmışdır. Qeyri-neft ixracı isə 5 ayda ötən ilin müvafiq dövrünə nəzərən 30.9% artmışdı

- Proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə isə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il iyul ayının 29-da veriləcək və faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcəkdir.

- Ötən həftə AR Maliyyə Nazirliyinin 20 mln AZN həcmində 2 illik istiqrazlarının hərracı keçirilmişdir. Tələbin təklifi 5 dəfədən çox üstələdiyi hərrac 5.03% ortaölçülmüş gəlirliliklə nəticələnmişdir. Qeyd edək ki, bundan öncə 2 illik AR Maliyyə Nazirliyi istiqrazlarının hərracı aprel ayında keçirilmiş və orta ölçülmüş gəlirlilik 3.84% olmuşdur. Bu həftə 10 mln AZN həcmində AR Maliyyə Nazirliyinin 7 illik istiqrazlarının hərracı keçiriləcəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram