Dixons Carphone
Şirkətdən olan rəsmi açıqlamalara görə, milyonlarla müştərinin bank kartları, eləcə də digər müştəri məlumatları ələ keçirilib. İcazəsiz datanın ələ keçirilməsi, yəni 5.9 milyon kartın məxfiliyinin pozulması, şirkətin CEO-su (təsisçisi) Alex Baldock-un dediyinə görə, şirkətin reputasiyasının zədələnməsinə yönəlib. Nəticə etibarilə, şirkət səhmlərində 5%-lik bir düşüş yaşandı və şirkətin üzləşdiyi cərimə 5.85 milyon dollar oldu.
Mart ayındakı saysız hekayələr yaddan çıxmaz. Facebook-u ABŞ prezident seçkilərində insanların data təhlükəsizliyini pozmaqda və Rusiya müdaxiləsinin mümkünlüyündə günahlandırmışdılar. Cambridge Analytica şirkəti bu vəziyyəti ilk görən oldu və 50 milyon Facebook istifadəçisinin D.Trumpa səs verməsinə səbəb olmasını ortaya çıxardı. Əgər Facebook sübutlarla vəziyyətin göründüyündən fərqli olduğunu sübuta yetirə bilməsəydi, zərərçəkən hər müştəri üçün 40000 dollar cərimə Facebook-un öhdəsinə düşəcəkdi.
PageUp
İşə qəbul olunmaq və vakansiyalarla bağlı çox məşhur tətbiq olan Pageup, reportunda milyonlarla istifadəçisinin məlumatlarının oğurlandığını iddia etdi. Şirkətin rəhbəri Karen Cariss məlumatların əldə edilməsinin səbəbini datadan istifadə etmək məqsədində görür. “Biz olduqca güclü siber-təhlükəsizlik ehtiyyatına malik bir şirkətik və məsələnin araşdırılması üçün Beynəlxalq Hüquqdan, Dövlət Səlahiyyətlilərindən və təhlükəsizlik ekspertlərdən yardım istəyəcəyik.”
Qeyd edək ki, məhz bu hadisədən sonra GDPR (General Data Protection Regulation) məsələsi daha da aktuallaşdı ki, hazırda Avropa mediası datanın məxfiliyinin qorunması tendensiyasına qoşuldu.
Sevinc Hüseynova, banco.az