Artıq 12 ildən artıqdır ki, peşəkar data menecmenti şirkətlərə avtomatlaşdırılmış qərarlar verməyə və qərarların optimallaşdırılmasına yönəldilmiş çərçivədə xidmət edir. Bu nəhəng şirkətlərin strateji xarakter daşıyan mühüm addımlarından sayılır ki, verilən qərarlarda fərdilik dilemmasını aradan qaldıraraq, ən qısa zamanda ən düzgün qərarın qəbul edilməsini mümkün edir.
Son 5-6 il ərzində datanın həcmində, dataya əsaslanan qərarların verilməsində, onun müəssisədaxili əhəmiyyətində həndəsi silsilə ilə artmaqda olan bir tendensiya vardır. Və rəqabətin kəskinləşdiyi bir mühitdə, gündən-günə artmaqda olan barierlər şirkətləri biznes problemləri ilə üzləşdirir. Lakin bundan çıxan nəticənin data analizində olan çətinliklərin artmasının və maneəyə çevriləcəyinin olmadığının altından bir xətt çəkmək lazımdır. Data analitikasında uğurun sirri sizin nə qədər tez bir müddətdə big dataya keçid almağınızda və texnologiyanın təklif etdiyi resursları effektiv istifadə edəcəyinizdə gizlənir. Machine learning (data analizinin hazırlanmış alqoritmlər tərəfindən yerinə yetirilməsi) texnologiyanın təklif etdiyi elə bir rəqabət üstünlüyüdür ki, istənilən halda sizə ən çətin problemlərin həllində, riskin nə qədər olduğunu, problemin həllinin nə qədər dəqiq olduğunu göstərməklə, ölçüləbilən qərarlarla təmin edəcək.
Data analizinin fərdi şəkildə həyata keçirilməsi, datanın həcminin artması ilə öz aktuallığını itirir. Çirkli datanın təmizlənməsi, real datanın xüsusiyyətlərinin araşdırılması, vaxtında müəyyənləşdirilməli olan düzgün problemin tapılması və məhz həmin problemə spesifik alqoritmin avtomatikləşdirilməsi prosesi data analizinin qızıl ardıcıllığıdır. Şirkət rəhbərləri, müəssisələrin top menecerləri əsas açarın machine learning və süni intellekt olduğun inanırlar.Machine leaning, data menecmenti ilə birləşdiyi anda möcüzələrə hazır olmalısınız. Bununla yüzlərlə əlavə xərcləri aradan qaldıraraq, şirkət əhəmiyyətli fəaliyyətlərin həyata keçirilməsinə və dəyişikliklərə nəzarət tsiklinə daxil olacaq, nə qədər riski gözə alaraq işi gördüyünüzü bildiyiniz üçün yalnış qərar versəniz belə vəziyyəti düzəltmək kimi bir avanaja da sahib olacaqsınız. Dell EMC Sevices şirkətinin Baş Texnoloji Ekperti Bill Schmarzo big dataya olan tələbatı belə qiymətləndirir- “Şirkətlərin sadəcə Big data strategiyasına deyil, big data ilə mükəmməlləşmiş biznes strategiyasına ehtiyyacı var.”
Machine learning data analitiklərini və data menecment ekspertlərini tam əvəz edə bilməsə belə, texnoloji üstünlükləri sayəsində onların daha məhsuldar və düzgün işləmələrinə şərait yaradır. Big data erasında yaşayırıq, qazanılacaq çox şey var, nə xoş ki, sizdən əvvəl bunları sınaqdan keçirib qazananlar da var. Və bütün mümkün ehtimallar da datanın əhəmiyyətini vurğulayır. Bir zamanlar bütün yollar Romaya aparırmış ola bilər, amma indi dataya apardığı çox dəqiqdir.
Sevinc Hüseynova, banco.az