“Daşınmaz əmlakını sığorta etdirməyənlər cərimələnsinlər” | Banco.az

“Daşınmaz əmlakını sığorta etdirməyənlər cərimələnsinlər”

Məlumdur ki, avtomobilləri ilə müqayisədə daşınmaz əmlakını sığortalanmış subyektlər sayca daha azlıq təşkil edir.

ASC “Standard Insurance” Sığorta Şirkətinin Satış Departamentinin Direktoru Orxan Vəliyev  bunun səbəblərini maarifçiliyin azlığında, nəzarətin və cərimələrin olmamasında görür.

“Bunun səbəbini ilk növbədə maarifçilik səviyyəsinin az olması ilə izah edirik. Digər tərəfdən, avtomobil bazarında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sürücülər tərəfindən sığorta şəhadətnaməsinin olub-olmaması Dövlət Yol Polisinin əməkdaşları tərəfindən yoxlanılırsa, daşınmaz əmlak sığortasında belə bir praktika yoxdur. Gələcəkdə, əgər belə bir səlahiyyət müvafiq yerli orqanlara verilərək, şəhadətnaməsi olmayanlara müvafiq cərimələr tətbiq edilərsə, hesab edirik ki, ən azından daşınmaz əmlakın icbari sığortası növü üzrə nəzərəçarpacaq dərəcədə artım ola bilər”.

Ən sərfəli kredit üçün müraciət et

O qeyd edib ki, hazırda daha çox yaşayış tipli daşınmaz əmlak sığortalansa da, kommersiya tipli daşınmaz əmlakın sığortası da az deyil.

Orxan Vəliyev ümid edirik ki, 2-3 ilə əmlak sığortası bazarında sığorta şirkətlərinin iştirakı artacaqdır: “Bu isə yalnız sığorta şirkətlərinin sığorta haqları yığımının artırılması deyil, həm də əhalinin əmlak mənafelərinin etibarlı əllərdə qorunması deməkdir”.

 

Mənbə - Marja.az