Daşınmaz əmlakın icbari sığortasından daxilolmalar azalıb | Banco.az

Daşınmaz əmlakın icbari sığortasından daxilolmalar azalıb

Bu ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7 535 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan (İSB) verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 2,6 mln. manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,7%-i yaşayış evləri və mənzillər, 0,4% -i inzibati binalar, 29,9%-i isə digər daşınmaz əmlakla bağlı olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 43% artım, sığorta haqlarının məbləğində isə 55% faiz azalma müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Yanvarda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 557, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 6 sığorta müqaviləsi bağlanılıb.

Qeyd edək ki, hal-hazırda daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti fəaliyyət  göstərir.

Mənbə: Apa.az