Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər azalıb | Banco.az

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar ayında daşınmaz əmlakın icbari sığortası üzrə 2 milyon 769 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 1 milyon 145 min manat və ya 29,3% azdır. 2025-ci ilin yanvarında bu növ üzrə sığorta yığımlarının məbləği 3 milyon 914 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 103 min manat və ya 50,5% azalaraq 101 min manata enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram