Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 56 milyon manatı ötüb | Banco.az

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 56 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-iyun aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 56 milyon 638 min manat sığorta haqqı yığılıb. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 365 min manat və ya 0,6% çoxdur. Ötən ilin yanvar-iyun ayında bu növ üzrə sığorta yığımlarının məbləği 56 milyon 273 min manat təşkil edib. 

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 153 min manat və ya 12,9% artaraq 1 milyon 341 min manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram