Daşınmaz əmlakın icbari sığortası ilə bağlı – AÇIQLAMA | Banco.az

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı – AÇIQLAMA

 

Müqavilələrin sayında 9,18% artım müşahidə edilib.

Avqust ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9,6 mindən çox sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan verilən məlumata görə, 2014-cü avqust ayında daşınmaz əmlakın icbari sığortası üzrə 9,440, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 226, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 8 sığorta müqaviləsi bağlanıb.

“Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,538,918 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 18,420 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 1,288 manat təşkil edib”, - məlumatda qeyd olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 50,56%, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında 9,18% artım müşahidə edilib.

“Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 79,92%-i yaşayış evləri və mənzillər, 0,26%-i inzibati binalar, 19,82%-i digər daşınmaz əmlakla bağlı olmuşdur”, - məlumatda vurğulanır.

Oxu.Az