Daşınmaz əmlak sığortası il ərzində 23,3% azalıb | Banco.az

Daşınmaz əmlak sığortası il ərzində 23,3% azalıb

İcbari Sığorta Bürosunun üzvü hesab olunan şirkətlər iyun ayı ərzində daşınmaz əmlakın sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin sığortası üzrə 9,4 min müqavilə imzalamışlar.

Bürodan verilən məlumatda qeyd olunur ki, keçən ay daşınmaz əmlakın sığortası üzrə imzalanan müqavilələrin sayı 8968-ə, mülki məsuliyyətin sığortası üzrə 295-ə, sərnişinlərin sığortası üzrə isə 154-ə çatırdı.

Ən sərfəli kredit üçün müraciət et

"İyun ayında sığortanın bu növləri üzrə sığorta haqları müvafiq olaraq 2113905 manat, 24180 manat və 19788 manat təşkil edib. İl ərzində daşınmaz əmlak sığortası 23,29% azaldığı təqdirdə, mülki məsuliyyətin icbari sığortasında 0,68% həddində artım qeydə alınıb", verilən məlumatda qeyd edilir.

Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et