"Daşınar əmlakın yükülülüyü haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında II və III oxunuşda müzakirə olunaraq təsdiq edilib.
Qanun layihəsi daşınar əmlakın yüklülüyünün hüquqi rejimi, daşınar əmlaka dair yüklülük sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydaları, daşınar əmlaka tutma yönəldilməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması və ondan istifadə ilə bağlı məsələləri tənzimləyəcək.
Qanun dekabrın 1-dən qüvvəyə minəcək.
Mənbə: Report.az