Daşınan əmlaka da kredit veriləcək | Banco.az

Daşınan əmlaka da kredit veriləcək

Yaxın vaxtlarda banklar daşınan əmlaka kredit verəcək, əmlakın bu növü də girovluğa qəbul ediləcək. Bununla da qiymətləndirmə bazarında ikinci böyük sahə yaranmış olacaq. Bu bazardan maliyyə qurumları, kiçik və orta sahibkarlar, qiymətləndiricilər yararlanacaqlar.

Bunları Beynəlxalq qiymətləndiricilər şirkətinin rəhbəri Elvin Səmədov müsahibəsində deyib. O, fikrinin davamında qeyd edib ki, ölkəmizdə bir çox sahələrdə mülkiyyət və əmlak qiymətləndirilir. Bu xidmətdən layihələrin, qeyri-maddi aktivlərin, biznesin, daşınmaz əmlakın dəyərləndirilməsində istifadə edilir. O səbəbdən də banklarla qiymətləndirmə şirkətləri arasında ancaq daşınmaz əmlak sahəsində əməkdaşlıq mövcuddur. Daşınan əmlakın da bu sıraya daxil edilməsi çox vacibdir.

“Bu sahədə uzunmüddətli təcrübəyə malik olan Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda məşğələlərə başlayıb, maarifləndirmə işləri təşkil ediləcək. Dünya Bankının bu qrupu ölkəmizdə fəaliyyət göstərən kiçik müəssisələrin maliyyə vəsaitlərinə çıxış yollarını aydınlaşdıracaq”, – deyə E.Səmədov bildirib.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et