Danışır yeni məzun olmuş Ağ köynək: birinci bölüm | Banco.az

Danışır yeni məzun olmuş Ağ köynək: birinci bölüm

Həftənin V gün son yazısının bu olmasını istəyirdim, ona görə də yazıya gec başlamışam. Bu gündən etibarən uzun illərdir yazmaq istədiyim amma yazmağa vaxt tapmadığım hekayələr silsiləsinə başlayıram. Əslində indi yazacaqlarım bu yaşıma qədər beynimdə dolaşan fikirlərdir. Ona görə də sizdən xaişim budur ki, bu məqaləni bir dostunuzun fikirlərini oxuyurmuş kimi oxuyasınız. Çünki aşağıda yazılmış maddələr indiyə qədər başıma gələn hadisələrin ümumi toplusu olacaq.  

Məncə yuxsuzluq adlanan insomnia xəstəliyi dünyanda ən çətin mübarizə apardığımız xəstəlikdir. İşin pis tərəfi də gənc yaşındaykən bu xəstəliyə düçar olmaqdır. Əslində bunun ciddi bir problem olduğunu gün keçdikcə daha yaxşı başa düşürəm. Gecələr yata bilmirsiniz, yuxuya keçdiyinizdə isə adi tıqqıltı belə sizi oyadır. 

Niyə yuxusuz bir mühitə alışdım? Pul qazanmaq üçün  günün 7-8 saatını kompüterdə əlindən gələni edən insan, dincəlmək üçün də özünü kompüterin qarşısında tapır. Yemək yeyə-yeyə açırsan banco.az səhifəsini bir məqalə oxuyursan, gecə düşür vaxtın keçməsi üçün film izləyirsən və.s  Bir də baxırsan saat olub gecə 1-2 və sən sabah saat 6-da işə getməlisən :) Məncə sosial həyata daxil olmaq dərəcəsi insanın evdəki,işindəki, ailəsindəki problemlərinin az və ya çoxluğunu göstərir. 

İndi gələk, işin ən pis və kefimizi pozacaq tərəfinə. Yay vaxtı qanunun tətbiqinə. Səhər saat 7-də işiniz başlayıb axşam saat 7-də bitirsə bir addım daha irəlidəsiniz. Lakin əgər işiniz mənim kimi  çətinsə, saat 6-də işdə olub 8-də işdən çıxırsınızsa qış ayları sizin ən pis kabusunuz olacaqdır. 

Ən sərfəli kredit üçün müraciət et

Yuxudan oyanıb işə getdikdə günəşin çıxmağını görmürsünüz, işdən çıxdıqda isə günəşin  batışını seyr edə bilmirsiniz. İlk zamanlarda müşahidə etməsəz belə, sonrakı günlərdə özünüzü çox yorğun və bədbəxt hiss edəcəksiz. Gələcəkdə düzələr deyə bu söhbəti bağlayaq.

Bəs sizə tövsiyyələrim nədir? Son iki aydır istifadə etdiyim və xeyrin gördüyüm bir-neçə metoddan danışacam.

- Minimum 7-8 saat yuxu yatın.

- Telefonunuzda və ya kompüterinizdə mütləq f.lux istifadə edin.

- Hər kəsin smart telefon istifadə etdiyini fərz edərək, müəyyən saatdan sonra telefonunuzda narahat etmə xususiyyətini aktiv edib telefonunuzla əlaqənizi azaldın.

- Yatmazdan əvvəl mütləq kitab oxuyun.

- Yatmağınıza 5-6 saat qalmış kofein istehlakını azaldın, mümkünsə kofe falan içməyin.

Mən yuxusuzluqdan əziyyət çəkən biriyəm və yuxarıdakı metodlarla bunun öhdəsindən gəlirəm. 

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et