Danimarka transmilli şirkətlərə görə hər il yüz milyonlarla dollar itirir | Banco.az

Danimarka transmilli şirkətlərə görə hər il yüz milyonlarla dollar itirir

Danimarka dövləti "Nike", "Facebook", "Google" kimi iri transmilli şirkətlərin öz gəlirlərini xarici ölkələrə köçürdüklərinə görə, bu şirkətlərin vergi kimi ödəməli olduqları hər 15 ABŞ dollarından 12-ni itirir. Kopenhagen Universiteti ilə Kaliforniyanın Berkli Universitetinin birgə apardıqları araşdırmaların nəticələrinə əsasən, 2016-cı ildə Danimarka transmilli şirkətlərə görə 1 milyard dollar itkiyə məruz qalıb. Qeyd edilib ki, bu cür problemlərlə Avropanın digər ölkələri də qarşılaşırlar. İrlandiya, Hollandiya, Lüksemburq kimi "vergi sığınacağı" olan dövlətlər ucbarından Avropa dövlətləri böyük məbləğdə vəsait itirirlər. Danimarkanın Vergilər və Yığımlar naziri Mortin Bödskou əldə olan rəqəmlərin onu dəhşətə gətirdiyini bidirib: "Sadə bir həll yolu mövcud deyil. Avropa İttifaqı ölkələrinin ümumi bir məxrəcə gəlmələri çox zəruridir. Yalnız bu halda biz Avropa rifahının maliyyələşdirilməsi ilə bağlı yalandan yaxa qurtara bilərik".

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç