Müəllif: Tamara Mustafayeva, Banco.az
Danimarkanın pensiya fondu "AkademikerPension" ayın sonunadək ABŞ Xəzinə istiqrazlarından çıxmağı planlaşdırır.
Banco.az xəbər verir ki, fond bu addımı ABŞ Prezidenti Donald Trampın siyasətlərinin nəzərə alınmayacaq dərəcədə kredit riski yaratması ilə bağlı narahatlıqlar səbəbilə qiymətləndirdiklərini bildirib.
"AkademikerPension"un baş investisiya direktoru Anders Şelde "Bloomberg"ə verdiyi açıqlamada deyib: “ABŞ mahiyyət etibarilə güclü kreditə malik deyil və uzunmüddətli perspektivdə ABŞ hökumətinin maliyyəsi dayanıqlı deyil.”
Şelde müəllim və akademiklərin təxminən 25 milyard ABŞ dolları həcmində vəsaitini idarə edən "AkademikerPension"un 2025-ci ilin sonuna qədər təqribən 100 milyon ABŞ dollarını ABŞ istiqrazlarında saxladığını bildirib. O qeyd edib ki, risk və likvidlik idarəetməsi ABŞ istiqrazlarında qalmağın yeganə səbəbi olub, lakin indi bunun üçün alternativ tapmağa qərar veriblər.
Şelde ABŞ Xəzinə istiqrazlarının satılmasının səbəblərindən biri kimi Trampın Qrenlandiyanı ələ keçirmə ilə bağlı təhdidlərini göstərib, eyni zamanda maliyyə intizamının zəifləməsi və dolların dəyərsizləşməsi ilə bağlı narahatlıqların da geri çəkilmə səbəbləri sırasında olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
