Pul haqqında müxtəlif fikirlər mövcuddur. Dahilərin pul haqda əsasən tənqidi xarakter daşıyan aforizmləri mövcud olsa da, fikirlər ziddiyyətlidir.
Pul haqda deyilmiş fikirləri təqdim edirik:
1. Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır – Artur Şopenhauer
2. Əgər siz banka 100 dollar borclusunuzsa, o sizin şəxsi probleminizdir; əgər siz banka 100 milyon dollar borclusunuzsa, bu, artıq bankın problemidir – JP Getty
3. “Pul hər şeyi edər” deyən adam, pul üçün hər şeyi gözə alan adamdır – Benjamin Franklin
4. Pul və insan arasında münasibətlər qarşılıqlıdır: insan pulun saxtasın düzəldər, pul da insanın – Benjamin Franklin
5. Pul, qızıldan düzəldilmiş azadlıqdır – Erix Mariya Remark
6. Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək – Benjamin Franklin
7. Pul yaxşı qulluqçudur, lakin pis ağadır – Frensis Bekon
8. Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar – Deyl Karnegi
9. Var-dövlət qayğılarımızı azaltmır, sadəcə birini digəri ilə əvəz edir – Epikür
10. İki cür insan – bir çox kasıb, bir də çox varlı – pulun qədrini bilməz – Ernst Toller
11. Pul heçliyi belə birinci yerə gətirən yeganə yoldur – Fyodor Dostoyevski
12. Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir – Eduard Servus
13. Çox pul haramsız, çox söz yalansız olmaz – Yunus Əmrə
14. Pul heç də dünyada ən önəmli şey deyil. Ən önəmlisi sevgidir. Xoşbəxtlikdən mən pulları sevirəm – Ceki Meyson
15. Sizin dərinizin nə rəng olduğunun heç bir fərqi yoxdur. Məna daşıyan yeganə rəng yaşıldır – Amerikan atalar sözü
16. Əgər siz pulun dəyərini anlamaq istəyirsinizsə, kiməsə borc verin – Benjamin Franklin
17. Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə ağ insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar – Hindu atalar sözü
18. Pul dəniz suyuna oxşayır; nə qədər çox içsən, o qədər çox susayırsan – Artur Şopenhauer
19. Pul hər qapını açar, heç vaxt kilitləməz – Fredrix Engels
20. Pulsuz sülh olmaz – Uinston Çörçill
Moneta.az