Daha yaxşı yaşamaq üçün yaponlardan 5S metodu | Banco.az

Daha yaxşı yaşamaq üçün yaponlardan 5S metodu

Müəllif: Tamara Mustafayeva, Banco.az

5S metodu həyatınızı və ya işinizi daha yaxşı hala gətirmək üçün sizə 5 əsas prinsip təqdim edir. Bu prinsiplərin hər biri nizamlılıq və təmizkarlığı əsas götürür. Son dövlərdə olduqca populyarlaşan bu metod əksər şirkətlər tərəfindən də məhsuldarlığı artırmaq üçün istifadə edilir.

Qeyd edək ki, 2020-ci ilin ən dəyərli avtomobil markası seçilən "Toyota" da bu metoda müraciət edən şirkətlərdən biridir. Şirkət sözügedən metoda 1960-cı illərdə iş mühitinin daha nizamlı, təmiz və aktiv hala gətirilməsi üçün müraciət etmişdi.

5S metodu yaponların tənbəlliyə qarşı təqdim etdikləri başqa bir üsul olan Kayzen metodu ilə birlikdə də istifadə edilir. Kayzen metodu haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, aşağıdakı məqaləmizi oxuya bilərsiniz.

İndi isə gəlin sözügedən 5S metodu ilə yaxından tanış olaq.

1) Seiri – Təsnifatlaşdır

Groups of multicolored wooden people Premium Photo

Evdə, ofisdə, iş masasında həddindən artıq yer tutmasına baxmayaraq, çox da ehtiyacınız olmayan əşyaları götürün. Hansı əşyalardan söhbət getdiyini müəyyənləşdirmək üçün isə bütün əşyaları nəzərdən keçirərək onları axırıncı dəfə nə zaman istifadə etdiyinizi düşünün. Hər hansı bir əşyadan bir ilə yaxındır ki, istifadə etmirsinizsə, bundan sonra da istifadə etməyəcəyinizə əmin ola bilərsiniz.

2) Seiton – Nizama sal

assorted pen and colored papers in organizer case

Əşyaları əvvəlcədən müəyyənləşdirdiyiniz ehtiyac sırasına uyğun yerləyə qoyun. Buradakı əsas məqsəd həmin əşyaları axtararkən itirdiyiniz vaxt və enerjini minimuma endirməklə məhsuldarlığı artırmaqdır.

3) Seiso – Təmizlə

Ən sərfəli kredit üçün müraciət et

white desk lamp beside green plant

İş və yaşayış mühitini mümkün olduğu qədər təmiz və səliqəli saxlamağa diqqət yetirin. Bununla da işləməyə həvəsiniz artacaq və daha məhsuldar nəticələr əldə edəcəksiniz. Həmçinin nizamsızlığın səbəb olduğu arzu edilməz qəzaların da qarşısı alınacaq.

4) Seiketsu – Müntəzəmliyə riayət et

Balancing ball newton's cradle pendulum Premium Photo

Həyata keçirdiyimiz dəyişiklikləri müntəzəm olaraq təkrarlamalıyıq. Hədəfimiz öz standartlarımızdan geridə qalmamaq olmalıdır. Məsələn, iş yerində hər kəsin vəzifəsi və bundan qaynaqlanan tapşırıqların bitmə vaxtı əvvəlcədən müəyyənləşdirilməli və mümkün olduğu qədər bu standartlar pozulmamalıdır.

5) Shitsuke – İntizama əməl et

Online yoga class concept with laptop and woman Free Vector

Davamlılığa nail olmağın əsas yolu intizamdır. Odur ki, iş yerlərində işçilərə verilən tapşırıqların yerinə yetirilməsinə müntəzəm olaraq nəzarət edilməlidir ki, zaman keçdikcə bu, işçilərin özündə bir vərdişə çevrilsin. İntizamlı olmaq üçün isə ilk növbədə bunu etməkdəki əsas məqsədinizin nə olduğunu müəyyən etməlisiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram