Artıq bir ildən çoxdur ki, karantin rejiminin davam etməsi insanların yeni vərdişlərə yiyələnməsinə gətirib çıxardı. Bir tərəfdən e-ticarətin rolunun artması, şirkətlərin işlərini ofisdən deyil, onlayn olaraq davam etməsi, digər tərəfdən də evdən çıxma qadağa və ya məhdudiyyəti insanları evlərini tərk etmədən bəzi istəklərini reallaşdırmağa sövq etdi. Bu müddət ərzində çatdırılma şirkətlərinin fəaliyyəti daha qabarıq özünü göstərdi. Bu şirkətlərdən də biri yemək çatdırılma şirkətləridir ki, restoran və kafelərin yerində xidmətinin qadağan olunması bu xidməti aktuallaşdırdı. Bir sözlə, insanlar sevdiyi restoran və kafelərə gedə bilməsələr də, sevdiyi təamları evdə və ya ofisdə yeyə bilir.
Banco.az sizin üçün faydalı olacağını düşünərək, yemək çatdırılmasını həyata keçirən şirkətləri və onların qiymətlərini araşdırıb təqdim edir.
Onu da vurğulayaq ki, cədvəldə qeyd olunan qiymətlər minimum qiymətlərdir. Qiymətlər isə sifarişin çatdırılacağı ünvan və restorandan asılı olaraq dəyişə bilər.
Həmçinin bax: Hansı marketlər (şirkətlər) sifarişləri sərfəli şərtlərlə çatdırır? - Araşdırma
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Yemək sifarişlərini həm sayt, həm də şirkətin mobil tətbiqi vasitəsilə də etmək mümkündür. Bunun üçün aşağıdakı cədvəldə həm şirkətlərin rəsmi saytlarını, həm də Play Market və App Store-dan yükləmək üçün linklər yerləşdirdik.
Şirkətlər |
Play Market |
Şirkətlər |
App Store |
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!