ABŞ Mərkəzi Bankının (Fed) Kanzas Siti (Kansas City) şöbəsinin sədri Esther George, son 2 iclasda faiz endiriminə qarşı çıxdığını, çünki ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu deyib.
Denverdəki bir yığıncaqda çıxış etmiş George, iqtisadi artımda sərt bir ləngiməyə dair dəlil yaranarsa, faiz endirimini dəstəkləməyə hazır olduğunu bildirib.
ABŞ iqtisadiyyatının hazırda yaxşı vəziyyətdə olduğunu qeyd edən George, "Mülayim artım, rekord aşağı səviyyədəki işsizlik nisbəti və mötədil inflyasiya olduğu halda siyasətdə dəyişikliyə getməməyin uyğun olacağını düşünürəm" deyib.
Goerge ticarət gərginliyi və zəif qlobal inkişaf kimi bəzi risklər olduğuna da diqqət çəkərək gələcək göstəricilərin iqtisadiyyatda zəifliyə işarə etməsi vəziyyətində faiz endiriminin məqsədəuyğun olduğunu deyib.
Fed sədri Jerome Pauell də Cümə günü çıxışında ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu, ancaq bəzi risklərlə qarşı-qarşıya olduğunu bildirmişdi. Pauell bu il daha bir faiz endirimi olub-olmayacağı barədə bir siqnal verməmişdi.
Marja