Daha bir tanınmış şirkət metakainata qoşulur | Banco.az

Daha bir tanınmış şirkət metakainata qoşulur

Tamara Mustafayeva, Banco.az

"Adidas" firması da metakainat aləminə daxil olur.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dünyaca məşhur alman geyim markası "Adidas" "Bored Ape Yacht Club" ilə əməkdaşlıq çərçivəsində metakainat aləminin qapısını açıb.

Bir çox məşhur markanın ardınca bu dəfə də "Adidas" firması metakainatla bağlı fəaliyyətə keçdiyini elan edib. Bununla yanaşı, şirkət NFT də bazara çıxarıb.

NFT dünyasının üç mühüm ulduz sənətçisi "Adidas Metaverse" layihəsinə dəstək olmaq üçün bir araya gəlib. Tanınmış geyim firması bu NFT sənətçilərindən "Bored Ape Yatch Club"ın NFT-lərindən birini şirkətin rəsmi "Twitter" səhifəsində profil şəkli müəyyən edib. Eyni zamanda, yenə rəsmi "Twitter" səhifəsindən qısa video yayımlayan "Adidas" bununla da, metakainata qoşulduğunu elan edib.

Xatırladaq ki, bir müddət əvvəl populyar sosial media şirkəti "Facebook"un adını "Meta" ilə əvəzləməsindən sonra digər tanınmış şirkətlərin də metakainata inteqrasiyası sürətlənib ki, bu da, öz növbəsində "metakainat" adını artıq tez-tez eşitməyimizə gətirib çıxarır. Özünəməxsus ekosistemi olan metakainatın daha çox istifadəçiyə çatmasının qarşısında heç bir mane olmadığınə nəzərə alsaq, yaxın gələcəkdə hazırki kriptovalyutaların metakainat aləminin valyutası olacağı qaçılmaz görünür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et