Daha bir tanınmış şirkət iki hissəyə bölünəcək | Banco.az

Daha bir tanınmış şirkət iki hissəyə bölünəcək

Tamara Mustafayeva, Banco.az

Ötən məqalələrimizdən birində yapon sənaye nəhəngi "Toshiba"nın 2024-cü ilin mart ayınadək 3 ayrıca şirkət formasında fəaliyyətini davam etdirəcəyini xəbər vermişdik. İndi isə oxşar addım Amerikalı şirkət tərəfindən atılıb.

Bu dəfə də "Johnson&Johnson" şirkəti iki hissəyə bölünəcək.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın tibb və əczaçılıq nəhəngi "Johnson&Johnson" şirkəti istehsakçı məhsulları və dərman/tibbi avadanlıq departamentləri olmaqla iki ayrıca şirkətə bölünəcəyini elan edib.

"Johnson&Johnson" bu planın 18-24 ay ərzində həyata keçiriləcəyini vurğulayıb. Açıqlamadan sonra şirkət səhmləri ABŞ birjalarında 4%-ə yaxın bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkətin ötən ilki satışlarının 55%-ni dərman departamenti, 28%-ni tibbi avadanlıqlar, 17%-ni isə istehsakçı məhsulları təşkil etmişdi ki, şirkət ötən il ümumilikdə 83 milyard dollar gəlir açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et