Tamara Mustafayeva, Banco.az
ABŞ-ın aparıcı banklarından hesab edilən "Wells Fargo" kriptovalyutalarla bağlı mühüm qərar açıqlayıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, "Wells Fargo" rəqəmsal pul vahidlərini alternativ investisiya vasitəsi kimi qəbul etdiyini və yay aylarında bəzi müştəriləri üçün kriptovalyuta ilə xidmət vasitələri təqdim edəcəyini elan edib.
Bankın investorları tərəfindən hazırlanan "Kriptovalyuta ilə sərmayə qoyuluşunun səbəbləri" başlıqlı hesabatda aşağıdakı ifadələrə yer verilib:
"Kriptovalyuta birjaları da son dövrlərdə digər aktivlərlə oxşarlıq təşkil etməyə başlayıb. Ancaq hələ də mövcud olan risklər səbəbindən biz bu sərmayə növünü sadəcə müəyyən investorlara təqdim edə bilirik. Bu halda belə sözügedən fondlar peşəkar heyət tərəfindən idarə edilməli və ciddi nəzarət tətbiq olunmalıdır."
Qeyd edək ki, zəngin müştərilərinin Bitkoin fondlarına çıxışına imkan yaradan Amerikanın ilk bankı isə "Morgan Stanley" olmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!