Daha bir şirkət uçan avtomobil istehsal edəcək | Banco.az

Daha bir şirkət uçan avtomobil istehsal edəcək

Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük avtomobil istehsalçısı və bu il ən çox satış həyata keçirən Volkswagen şirkəti uçan avtomobil texnologiyasına addım atmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniyanın avtomobil nəhəngi şirkət mövzu ilə bağlı açıqlama edərək sözügedən layihə üzrə işlərin Çində həyata keçirildiyini bildirib. 

Şirkət həmçinin "Uçan avtomobil texnologiyasının potensial müştərilərindən biriyik. Bu səbəbdən də, layihənin sənayeləşdirilmə imkanını müyyən etmək üçün potensial şəriklər axtarışındayıq", deyə vurğulayıb.

İlkin mərhələdə dron istehsal ediləcək

Volkswagen şirkətinin Çindəki rəhbəri Stephan Woellenstein şirkətin CEO-su Herbert Diess ilə həyata keçirdikləri müştərək mətbuat konfransında işə dron istehsalı ilə başlayacaqlarını və bu dronun da şirkətin bazara çıxaracağı ilk məhsul olacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Çin dünyanın ən böyük avtomobil bazarına və eyni zamanda Volkswagen satışlarının əsas hissəsinə sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et