Daha bir şirkət metakainata qoşulur | Banco.az

Daha bir şirkət metakainata qoşulur

Tamara Mustafayeva, Banco.az

"Walmart" metakainat aləminə daxil olmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qlobal şirkətlər bir-birinin ardınca metakainatla bağlı addımlar atmağa davam edirlər. Texnologiya nəhəngi "Samsung" firmasından sonra indi də "Walmart"a metakainat yolu görünüb. Şirkət öz kriptovalyutası və NFT-si ilə metakainata qoşulmağa hazırlaşır. 

CNBC kanalının xəbərinə görə, Amerikanın pərakəndə nəhəngi "Walmart" elektronika, oyuncaq, ev alətləri, idman ləvazimatları, geyim, ev dekorasiyası vasitələri və daha çoxunu əhatə edən rəqəmsal məhsulların satışı ilə bağlı addım ataraq 30 dekabr tarixində müxtəlif kommersiya markaları üçün müraciət edib.

Qeyd edək ki, sözügedən xəbərdən dərhal sonra metakainat layihəsi çərçivəsində yaradılan "decentraland" və "sand" kimi kriptovalyutalarda sürətli bahalaşma müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et