Daha bir şirkət "metakainat"a daxil olmağa hazırlaşır | Banco.az

Daha bir şirkət "metakainat"a daxil olmağa hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Son günlərdə "Facebook" sayəsində adını tez-tez eşitdiyimiz "metakainat"a digər markalar da yavaş-yavaş daxil olmağa başlayırlar.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Patent və Ticarət Nişanları İdarəsinin məlumatına görə, məşhur idman geyimləri markası "Nike" da "metakainat"a doğru addım atmağa hazırlaşır.

Adını "Meta" ilə əvəzləyən "Facebook" şirkəti kimi "Nike" da bu qərardan sonra məhsul və NFT-lərə sözügedən sferada yer verəcək. Belə ki, şirkət rəqəmsal sferada endirilə bilən məhsullar və digər oxşar layihələr üçün razılaşma imzalayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et