Daha bir şirkət işçilərini ixtisar etməyə hazırlaşır | Banco.az

Daha bir şirkət işçilərini ixtisar etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Philips” şirkəti də işçilərini ixtisar etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, mənzil-qərargahı Niderlandda yerləşən texnologiya şirkəti “Philips” ümumi işçi qüvvəsinin 8 faizinə təsadüf edən 6 min insanı ixtisar edəcəyini açıqlayıb.

Ehtimal olunur ki, tibbi avadanlıqların istehsalı ilə məşğul olan şirkət tənəffüs aparatları üzrə sifarişlərin ləğv edilməsindən sonra yaranan iri həcmli xərcləri ödəmək üçün bu addımı atmağa hazırlaşır.

Qeyd edək ki, keçən il 4 min nəfəri işdən çıxardığını açıqlayan şirkət sözügedən 6 min işçinin yarısının 2023-cü ildə ixtisar ediləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et