Daha bir şirkət elektromobil sektoruna yatırım edəcək | Banco.az

Daha bir şirkət elektromobil sektoruna yatırım edəcək

Tamara Mustafayeva, Banco.az

"Ford" və "SK Innovation" elektromobil sektoruna 11.4 milyard dollarlıq sərmayə qoyuluşu həyata keçirəcək.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın aparıcı avtomobil istehsalçılarından "Ford" şirkəti Cənubi Koreyalı müttəfiqi "SK Innovation" ilə ABŞ-da batareya istehsalı zavodu və elektriklə işləyən F seriya pikap yük maşınları üçün yığma zavodu təsis etmək məqsədilə 11.4 milyard dollar həcmində yatırım edəcəklərini açıqlayıb. 

Şirkətdən edilən açıqlamaya görə, sözügedən sərmayə qoyuluşu "Ford" şirkətinin tarixi boyu reallaşdırılan ən iri həcmli istehsal yatırımı olacaq. Bununla yanaşı, şirkət ABŞ-ın Tennesi ştatında təsis edəcəyi meqa kampus və Kentukki ştatında inşa ediləcək əkiz batareya zavodu ilə ölkənin elektromobillərə inteqrasiyasına liderlik edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yeni inşa ediləcək müəssisələrin təqribən 11 min insanı iş yeri ilə təmin etməsi planlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et