Bu il Tatarıstanın "Beqişevo" beynəlxalq aeroportu Azərbaycana reyslər təşkil etməyi planlaşdırır.
Aeroport Antalyaya uçuşların sayını artırmaq, İstanbula mütəmadi reysi bərpa etmək, Azərbaycan və Özbəkistana reys açmaq niyyətindədir.
Sözügedən hava limanı Tatarıstanın Tukayevski rayonunda, Nijnekamsk şəhərinin mərkəzidən 19 kilometr cənub-şərqiə, Naberejniye Çelnı şəhərinin mərkəzindən isə 27 km cənub-qərbdə yerləşir.
Uçuşları həyata keçirəcək aviaşirkət və reyslərin başlanması tarixi açıqlanmır.
Qeyd edək ki, hazırda Azərbaycanın aşağı büdcəli aviaşirkəti - "Buta Airways" Tatarıstanın paytaxtı Kazana aviareyslər keçirilir.
© Azərtac