Daha bir ölkənin ticarət kəsiri artıb | Banco.az

Daha bir ölkənin ticarət kəsiri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliyanın ticarət balansı fevralda 9,25 milyard dollara qədər genişlənib.

Banco.az xəbər verir ki, Avstraliyanın ticarət balansı yanvarda qeydə alınan 11,69 milyard Avstraliya dollarından fevral ayında 13,84 milyard Avstraliya dollarına (9,25 milyard ABŞ dolları) yüksəlib.

Bu, həm də iqtisadçıların ticarət balansının 11,1 milyard Avstraliya dollarına düşəcəyi ilə bağlı gözləntilərindən də yüksək idi.

Qeyd edək ki, Avstraliyanın mal və xidmət idxalı fevral ayında illik müqayisədə 9 faiz, ixracı isə 3 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et