Müəllif - Aida İsaq, Banco.az
Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını müvəqqəti olaraq dayandırıb.
Banco.az xəbər verir ki, bunu ölkənin kənd təsərrüfatı naziri İştvan Nagy bildirib. Onun sözlərinə görə, Macarıstan hökuməti ölkə fermerlərinin maraqlarını müdafiə etməyə çalışır. Aİ tərəfindən hazırda bu istiqamətdə lazımi tədbirlər həyata keçirilmədiyi üçün sözügedən ölkə bu addımı atıb. Beləliklə, Polşanın ardınca Budapeşt də Ukraynada istehsal olunan taxıl, yağlı bitkilər və bir sıra digər kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb.
Məhdudiyyətlər 30 iyun 2023-cü il tarixinədək qüvvədə qalacaq. Həmin zamana qədər Macarıstan Avropa İttifaqı tərəfindən avropalı fermerlərə dəstək tədbirlərinin tətbiqini və Ukraynadan kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalı qaydalarının yenidən nəzərdən keçirilməsini gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!