Daha bir ölkə "Google" şirkətinə külli miqdarda cərimə kəsdi | Banco.az

Daha bir ölkə "Google" şirkətinə külli miqdarda cərimə kəsdi

Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya "Google" şirkətinə "ədalətli rəqabətə zidd fəaliyyət" iddiası ilə cərimə tətbiq edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Cənubi Koreya mobil əməliyyat sistemi və tətbiq bazarlarında ədalətli rəqabət mühitinə zidd fəaliyyət göstərməsi səbəbindən şirkətə 117 milyon dollar cərimə kəsib.

Cənubi Koreya Azad Ticarət Komissiyasının (KFTC) "Google" şirkətinin rəqibləri tərəfindən istehsal edilən mobil əməliyyat sistemlərindən istifadəni məhdudlaşdırmasına əsaslanan iddiaları araşdırmaq üçün 2016-cı ildən bəri şirkəti izlədiyi bildirilib.

Komissiyaya görə, "Google" iri həcmli razılaşmaların əldə edildiyi smartfon istehsalçılarına "anti-fraqment müqaviləsi (AFA)" imzalamağı şərt qoymaqla bazar rəqabətinə mane olur. Belə ki, sözügedən müqavilə çərçivəsində mobil telefon istehsalçılarının cihazlarına Android əməliyyat sisteminin dəyişdirilmiş versiyalarının yüklənməsinə və özlərinə məxsus Android versiyaları buraxmağa icazə verilmir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, KFTC pul cəzası ilə yanaşı "Google LLC", "Google Asiya-Sakit Okean" və "Google Koreya"ya sözügedən tətbiqlərin istifadəsini dayandırmağa dair göstəriş verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et