Daha bir ölkə bitkoini rəsmiləşdirdi | Banco.az

Daha bir ölkə bitkoini rəsmiləşdirdi

Tamara Mustafayeva, Banco.az

Salvadorun bitkoini rəsmi pul vahidi kimi istifadə etməyə başlamasından sonra dünən də Ukrayna Məclisi bu kriptovalyuta növünü rəsmiləşdirən qanunu qəbul edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Ukrayna Məclisi bitkoin və digər kriptovalyuta növlərini hüquqi baxımdan tanıyan qanunu 6 əleyhinə, 276 lehinə səs çoxluğu ilə qəbul edib. Bununla da, investorlar və kriptovalyuta birjaları dələduzlara qarşı hüquqi qorunma haqqına sahib olacaqlar. Xatırladaq ki, daha əvvəl kriptovalyutaların alqı-satqısına dair ölkədə heç bir məhdudiyyət tətbiq edilmirdi.

Ancaq Ukrayna bitkoini maliyyə vəsaiti olaraq tanısa da, Salvadordakı kimi rəsmi ödəniş vasitəsi elan etməyib. Yəni, ölkə əhalisi hələ də gündəlik alış-veriş zamanı bitkoindən istifadə edə bilməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda bitkoin 0,6% geriləmə ilə 46 min 42 dollar, ethereum isə gündəlik əsasda 1,37% artımla 3 min 487 dollar təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et