Daha bir ölkə avrozonaya daxil olmağa hazırlaşır | Banco.az

Daha bir ölkə avrozonaya daxil olmağa hazırlaşır

Müəllif - Aida İsaq, Banco.az

Macarıstan 2024-cü ilin sonuna kimi avro zonaya daxil ola bilər.

Banco.az xəbər verir ki, bunu ölkənin maliyyə şurasının sədri Arpad Kovacs bildirib. Onun sözlərinə görə, ölkəsi 2024-cü ilin sonuna qədər avrozonaya daxil olmaq üçün tələb olunan maliyyə və iqtisadi göstərici meyarlarına cavab verəcək. Macarıstanın maliyyə şurası dövlət büdcəsinin işlənib hazırlanması və icrasına nəzarət etmək üçün geniş səlahiyyətlərə malikdir.

Qeyd edək ki, Macarıstan 2004-cü ildə Avropa İttifaqına daxil olub və o vaxtdan ölkənin avro zonasına daxil olması məsələsi gündəmə gəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram