Daha bir ölkə - AVROYA KEÇİR | Banco.az

Daha bir ölkə - AVROYA KEÇİR

Avropada daha bir ölkə avroya keçir.

2023-cü il 1 yanvar tarixindən etibarən Bolqarıstanda da ödəniş vasitəsi kimi avrodan istifadə ediləcək.

Bu barədə Bolqarıstanın Maliyyə Naziri Vladislav Qoranov elen edib. O bildirib ki, 2020-ci il aprelin sonunadək Bolqarıstan  Avrozonada “gözləmə zalına” keçəcək. Bu baş verəndən sonra isə yeni valyutaya (avro) keçmək üçün 2-3 il tələb olunacaq. Ona görə də nazir hesab edirki 2023-cü il 1 yanvar tarixindən etibarən ölkədə avro istifadə edilməyə başlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Yeri gəlmişkən qeyd edək ki, bu il Xorvatiya Şengen ölkələri sırasına daxil ediləcək. Bu son 11 ildə birliyə daxil ediləcək ilk ölkədir. 

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et