Daha bir mərkəzi bank faiz qərarını açıqlayıb | Banco.az

Daha bir mərkəzi bank faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrə Milli Bankı (mərkəzi bank) faiz dərəcəsini  dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, FED-in faiz qərarında sonra İsveçrə Milli Bankı (SNB) da uçot dərəcəsində dəyişiklik etməyib.

Belə ki, SNB faiz dərəcəsini 1,75 faiz səviyyəsində saxlayıb. İqtisadçıların proqnozları da faiz dərəcəsinin məhz bu səviyyədə sabit qalması istiqamətində idi.

Mərkəzi bank qərar mətnində zərurət yarandığı təqdirdə pul siyasətinə düzəliş edəcəklərini və valyuta bazarlarına müdaxilə etməyə hazır olduqlarını bəyan edib.

"İnflyasiya templərini yaxından izləməyə davam edəcəyik", deyə vurğulan mətndə qeyd olunub ki, inflyasiya təzyiqi bir qədər azalıb, lakin qeyri-müəyyənlik yüksək olaraq qalmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, növbəti rübdə İsveçrədə artımın zəif ola biləcəyi və işsizlik artımının mərhələli şəkildə davam edəcəyi ehtimalı da vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et