Daha bir mərkəzi bank faiz qərarını açıqlayıb | Banco.az

Daha bir mərkəzi bank faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Honkonq Mərkəzi Bankı FED-in ardınca faiz dərəcələrini artırmağa qərar verib.

Banco.az xəbər verir ki, Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) ötən həftə siyasət faizini 25 bənd artırmasından sonra ABŞ dollarına bağlı məzənnə rejimi səbəbiylə göstərici faiz dərəcəsini eyni nisbətdə artırıb.

Bölgənin faktiki mərkəzi bankı olan Honkonq Pul Qurumunun (HKMA) yaydığı bəyanatda uçot dərəcəsinin 25 baza bəndi artırılaraq 5,25 faizə çatdırıldığı qeyd olunub.

Xatırladaq ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) martın 22-də qısamüddətli siyasət faizini 25 baza bəndi artıraraq 4,75-5 faiz aralığına çatdırmışdı. FED-in bu il verdiyi ikinci faiz artımı qərarından sonra faiz dərəcəsi son 16 ilin ən yüksək səviyyəsinə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et