Daha bir mərkəzi bank faiz qərarını açıqlayıb | Banco.az

Daha bir mərkəzi bank faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya Mərkəzi Bankı faiz dərəcələrini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı (BoK) uçot dərəcəsini dəyişməyərək 3,50 faiz səviyyəsində saxlayıb.

Ekspertlər də məhz belə bir qərar proqnozlaşdırırdılar.

Xatırladaq ki, mərkəzi bank əvvəlki iclasında faiz dərəcəsini 25 baza bəndi artırmışdı. Ölkədə inflyasiya isə sonuncu statistikaya görə, 5,2 faiz olaraq açıqlanmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram