Daha bir mərkəzi bank faiz dərəcəsini açıqlayıb | Banco.az

Daha bir mərkəzi bank faiz dərəcəsini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Meksika Mərkəzi Bankı faiz dərəcələrini 50 baza bəndi artırıb.

Banco.az xəbər verir ki, ardıcıl dörd iclasında 75 baza bəndi faiz artımı edən Meksika Bankı (Banxico) dünənki iclasda bazar proqnozlarına uyğun olaraq faiz artım sürətini azaldıb.

Bankın yaydığı bəyanata görə, uçot dərəcəsi 50 baza bəndi artırılmaqla 10,00 faizdən 10,50 faizə çatdırılıb.

Beləliklə, Banxico ardıcıl 13-cü faiz artımını həyata keçirib.

Xatırladaq ki, Meksikada inflyasiya illik 7,80% təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram