“Brokdil-Az” MMC Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğun olaraq təşkilati-hüquqi formasını dəyişə və investisiya şirkəti kimi fond bazarında fəaliyyətini bərpa edə bilər.
Bu barədə açıqlamasında şirkətin direktoru, eyni zamanda “Atabank” ASC-nin Xəzinədarlıq Departamentinin direktoru Faiq Baxşıyev bildirib.
“Çalışırıq ki, bu şirkətin fəaliyyətini bərpa edək”, - deyə o, qeyd edib.
Xatırladaq ki, "Brokdil-Az" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,2 min manatdır. Şirkətə broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyaların müddəti 2015-ci ilin sonunda bitib.
Mənbə: Report.az