Daha bir filial 24/7 iş rejimində! | Banco.az

Daha bir filial 24/7 iş rejimində!

Expressbank müştərilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq daha bir filialını 24/7 iş rejiminə keçirir. Belə ki, artıq M. Hadi küç. 31 S ünvanında (Əhmədli metrosunun əsas çıxışı) yerləşən Expressbank-ın Əhmədli filialı da həftənin 7 günü 24 saat müştərilərə xidmət göstərəcək. Burada müştərilər sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.

Xatırladaq ki, Expressbank-ın daha bir filialı - şəhərimizin mərkəzində, Bülbül prospekti 29 ünvanında yerləşən Nəsimi filialı da həftənin 7 günü 24 saat Bakı sakinləri və qonağlarının xidmətindədir. Bank-ın MXD, Elmlər, Yasamal, Neftçilər filiallarında isə mövcud 24/7 zonalarında müştərilər  ATM və Expresspay ödəniş terminalları vasitəsi ilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkəninGəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et