Müəllif - Aida İsaq, Banco.az
St Louis FED sədri James Bullard inflyasiyanın yüksək tempdə qalması fonunda faiz dərəcələrini artırmağa tərəfdar çıxanların sırasına qoşuldu.
Banco.az xəbər verir ki, James Bullard ABŞ iqtisadiyyatının bank böhranı və tənəzzülə doğru getdiyinə dair narahatlıqların ifadə edildiyi və hər ikisinin də yaxın gələcəkdə baş verə biləcəyi bir mühitdə belə FED-in faiz dərəcələrini artırmağa davam etməsinin lazım olduğunu bildirib. O, FED-in qarşıdakı 6 ayda tənəzzüllə üzləşəcəyi ilə bağlı “Wall Street”in qiymətləndirməsinə qarşı çıxıb. FED təmsilçisi siyasət faizinin daha 50 baza bəndi artırılaraq 5,50-5,75 faiz səviyyəsinə çatdırılması və inflyasiya nəzarət altına alınana qədər eyni tempdə saxlanılmasının lazım olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!