Nəhəng “Exxon Mobil” neft şirkətinin ardınca, ABŞ-ın ikinci ən iri enerji korporasiyası Azərbaycan bazarını tərk etməyə hazırlaşır. Bu barədə “Reuters” məlumat yayıb.
“Chevron” da “Azəri-Çıraq-Günəşli” neft yatağındakı 9,57 faizlik payını, bundan başqa, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərindəki 8,9 faizlik payını satmaqla bağlı qərar qəbul edib.
BP, "Exxon" və "Chevron"un planları ilə bağlı hər hansı informasiyaya sahib olmadığını bəyan edib.
"Exxon" və "Chevron"dan başqa, BP “Azəri-Çıraq-Günəşli”də 30,4 faiz, Socar isə 25 faizlik paya sahibdir.
Ötən gün “Exxon”un sözçüsü Culiya King yayılan xəbərlə bağlı “biz bazar şayiələri və spekülasiyalarına şərh vermirik” açıqlamasını vermişdi.
Qeyd edək ki, Şevronın təsdiqlənmiş neft ehtiyatı 13 milyard barreldir. Şirkətin alternativ enerji mənbələri arasında geotermal, günəş, külək, bio və hidro enerji layihələri var.
marja.az